İdman və akrobatika gi̇mnasti̇kası üzrə Azərbaycan bi̇ri̇nci̇li̇yi̇ və Bakı çempi̇onatının ikinci gününə start verilib

15 Mart 2023 14:33

Martın 15-də Milli Gimnastika Arenasında ki̇şi̇ i̇dman gi̇mnasti̇kası və akrobati̇ka gi̇mnasti̇kası üzrə 28-ci̇, qadın i̇dman gi̇mnasti̇kası üzrə 7-ci̇ Azərbaycan bi̇ri̇nci̇li̇yi̇ və Bakı çempi̇onatının ikinci gününə start verilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu gün kişi idman gimnastikasının təmsilçiləri dayaqla tullanış, gimnastika atında hərəkətlər və köndələn tir üzərində hərəkətlər, qadın idman gimnastikasının təmsilçiləri isə gimnastika tiri üzərində məşqlər nümayiş etdirəcəklər.

Akrobatik gimnastikası üzrə yarışlarda isə temp hərəkətləri nümayiş olunur.

Yarışlarda "Ocaq Sport" Klubu, "Neftçi" İdman klubu, Bakı Gimnastika Məktəbi, "Qarabağ" İdman Klubu (Bərdə), 13 nörməli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirmələri iştirak edirlər.

Kişi idman gimnastikasının nümayəndələri yarışlarda kiçiklər (2016-cı il təvəllüdlü), balacalar (2014-2015-ci il təvəllüdlü), uşaqlar (2012-2013-cü il təvəllüdlü), yeniyetmələr (2010-2011-ci il təvəllüdlü), gənclər (2008-2009-ci il təvəllüdlü və 2006-2007-ci il təvəllüdlü) və böyüklər (2005-ci il təvəllüdlü və daha böyük) yaş kateqoriyasında yarışlarda çıxış edəcəklər.

Qadın idman gimnastikasının nümayəndələri uşaqlar (2013-2014-cü il təvəllüdlü), yeniyetmələr (2011-2012-ci il təvəllüdlü) və gənclər (2008-2010-ci il təvəllüdlü) yaş kateqoriyasında medallar uğrunda mübarizə aparacaqlar.

Yarışlarda akrobatika gimnastikası üzrə idmançılar balacalar (2008-2017-ci il təvəllüdlü), uşaqlar (2007-2012-c il təvəllüdlü), yeniyetmələr (2005-2012-ci il təvəllüdlü), gənclər (2004-2010-cu il təvəllüdlü) və böyüklər (2008-ci il təvəllüdlü və daha böyük) yaş kateqoriyasında qadın və kişi cütlükləri, qarışıq cütlüklər, qadın və kişi qrupları proqramında çıxış edəcəklər.

Yarışlar Milli Gimnastika Arenasında 14-16 mart tarixləri arasında keçirilir.

Milli.Az