Ayrılmadıqlarını deyən İlkin Həsəni həyat yoldaşı ilə bayramı niyə ayrı keçirdi? - FOTO

15 Mart 2023 19:54

Son zamanlar münasibətlərində gərginlik yaşayan İlkin Həsəni və həyat yoldaşı, influenser Aysel Həsəni ilaxır çərşənbəni bir-birindən ayrı keçirib.

Milli.Az olay-a istinadən xəbər verir ki, aparıcı ailəsi ilə birgə Bakıda, Aysel isə öz ailəsi və qızı Alisa ilə torpaq çərşənbəsini Qəbələdə qeyd edib. Onlar bu barədə sosial media hesablarında görüntülər paylaşıb.

Bir gün öncə İlkin anasının doğum günündə də yalnız iştirak edib. O, İnstaqramda "Dünyanın ən rahat və təhlükəsiz yerindəyəm hazırda" şərhi ilə anasının onu sığal çəkdiyi fotonu izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, cütlük bir-birini İnstaqramda da izləmədən çıxarıb. Aysel İlkinlə olan fotolarını da şəxsi hesabından silib.

Milli.Az