Tələsin, Facebook pulsuz antivirus paylayır!

27 Aprel 2012 14:03
Milli.Az Facebook-un rəsmi bloquna istinadən bildirir ki, həmin bölmədə  "McAfee Internet Security", "Microsoft Security Essentials" (hər ikisi "Windows" əməliyyat sistemi üçün), "Norton AntiVirus" ("Windows" və "Mac OS X" əməliyyat sistemləri üçün), "Sophos Anti-Virus" ("Mac OS X" üçün)  və "Trend Micro internet security" ("Windows" və "Mac OS X" üçün) antivirus proqramları var.

İstifadəçi bu proqramlardan birini seçəndən sonra digər proqramları kompüterinə, yaxud da smartfonuna yükləyə bilməyəcək.

Bu xidmət Facebook-un kompüter təhlükəsizliyi şirkətləri ilə anlaşması nəticəsində məlum olub.

Eyni zamanda, Facebook istifadəçilərin profillərində yerləşdirdikləri sayt ünvanlarını, habelə reklamlardakı ünvanları da yoxlayacaq. "Pis" ünvana keçid zamanı Facebook bu barədə xəbərdarlıq edəcək.

Milli.Az