Anar Rzayev 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi

15 Mart 2023 11:34

Prezident İlham Əliyev A.R.Rzayevin 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Anar Rəsul oğlu Rzayev 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib.

Milli.Az