Deputatın 4 yaşlı oğlu “Ferrari” sürdü - VİDEO

15 Mart 2023 17:43

Türkiyəli millət vəkili Kənan Sofuoğlunun 4 yaşlı kiçik oğlu Zaynın yaşam tərzi diqqət çəkməyə davam edir.

Milli.Az lent.az-a istinadən bildirir ki, deputatın oğlu bu dəfə 1000 at gücünə malik "Ferrari" sürüb. Belə ki, onun atasının lüks avtomobilini sürməsi izləyiciləri təəccübləndirib.

Sosial şəbəkələrdə 4 yaşlı uşağın maşın idarəetməsi hər kəs tərəfindən birmənalı qarşılanmayıb.

Qeyd edək ki, Zayn istifadə etdiyi nəqliyyat vasitələri ilə həmişə gündəm yaradır. Həmyaşıdları oyuncaqlarla oynayan Zaynın isə sosial platformalarda milyonlarca izləyicisi var.

Milli.Az