"Burunlarını kəsdirib, biri-birinə oxşayırlar" - Brilliantdan irad

15 Mart 2023 10:38

"Efirə çıxan yeni müğənnilərin heç birini tanımıram. Onları səhv salıram, biri-birinə oxşayırlar. Hamısı uzun saç, burunları kəsilmiş".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova "Həmin Zaur" verilişində deyib. Gənc həmkarlarına iradını bildirən sənətçi onlara məsləhət də verib:

"Qızlar, burunlarınızı kəsdirməyin. İllərdir rejissorlara deyirəm ki, burnum sınıqdır, məni bu rakursdan çəkin. Ona görə də elə bir rakurs tapın ki, kəsilməmiş burunla efirə çıxasınız".

Milli.Az