Təyyarədə əlbəyaxa döyüş - VİDEO

15 Mart 2023 18:38

Sərxoş turistlər təyyarənin göyərtəsində dava salıblar. Hadisə Rusiyadan BƏƏ-yə yollanan təyyarədə (Yekaterinburq-Dubay reysində) baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə şahidləri baş verənləri videoya çəkiblər.

Kadrlarda sərnişinlərdən birinin stulda əyləşərkən səfər yoldaşını döyməyə və təhqir etməyə başladığı görünür. Bu zaman digərləri dava edənləri sakitləşdirməyə çalışırlar.

Məlumata görə, qanunu pozanlar Dubaya çatan kimi dərhal yerli hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar. Onları deportasiya gözləyir.

Milli.Az