Tehranda qızlar başından şalını açaraq çərşənbə tonqalına atdılar - VİDEO

15 Mart 2023 10:49

Tehranda qızlar başından şalını açaraq çərşənbə tonqalına atıblar.

Bu barədə "Azad İran" "Telegram" kanalında məlumat verilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Tehranın Ekbatan qəsəbəsində ilaxır çərşənbə şənliyi keçirən sakinlər isə Xameneyinin portretini yandırıblar.

Onlar "Ölüm olsun bu dini rəhbərliyə! İranlı, bəsdir daha, qeyrətini göstər! Azadlıq! Xameneyiyə ölüm olsun! Bəsici və SEPAH-çı siz bizim İŞİD-imizsiniz!" şüarlarını səsləndiriblər.

Milli.Az