36 yaşlı aktrisa ilk dəfə ana olacaq - FOTO

15 Mart 2023 09:47

Aktrisa Lindsi Lohan ilk dəfə ana olacağını açıqlayıb.

O, bu barədə sosial şəbəkələrdə məlumat yayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 36 yaşlı məşhur əri Bader Şammasla ilk övladlarını gözlədiklərini bildirib. Aktrisa qar kimi ağ körpə kombinezonunun fotosunu yayımlayıb və üzərinə "Coming Soon" ("Tezliklə") yazıb.

"Biz yeni ailə üzvünün gəlişindən çox həyəcanlıyıq və həyatımızın növbəti fəslini səbirsizliklə gözləyirik!", - ulduz qeyd edib.

Milli.Az