Bakı Avtovağzalına yeni direktor təyin edildi

15 Mart 2023 17:15

Bakı Beynəlxalq Avtovağzalına yeni direktor təyin edilib.

"Unikal"ın məlumata görə, bu vəzifəyə Qəhrəman Qələndərov təyinat alıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən qafqazinfoya məlumatı təsdiqləyiblər. Bildirilib ki, Q. Qələndərov ötən gündən etibarən vəzifəsinin icrasına başlayıb.

Q. Qələndərovun daha əvvəl Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsində çalışdığı bildirilir.

Milli.Az