“Qum şeytanı”nın qorxuducu görüntüləri yayıldı - VİDEO

15 Mart 2023 19:21

Səudiyyə Ərəbistanının Taif şəhərində əmələ gələn və "Qum şeytanı" adı verilən tornado bölgəyə xeyli maddi zərər vurub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, kənd təsərrüfatı sahəsində yaranan və hündürlüyü metrlərə çatan tornado ətrafdakı maşınlara da ziyan yetirib. Toz və daşlar ətrafa səpələnib.

Bu qorxunc videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.

Milli.Az