Tanınmış müğənni konsertdən sonra əməliyyat edildi

15 Mart 2023 21:00

Rusiyanın əməkdar artisti, müğənni Aleksandr Rozenbaum xəstəxanaya yerləşdirilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bildirilib ki, musiqiçi Krasnoyarskda verdiyi konsertdən sonra ayağındakı ağrılardan şikayətlənib.

Müayinə zamanı müğənninin damarlarında qan laxtalanması aşkar edilib və həkimlər onu təcili əməliyyat masasına yatırdıblar.

Əməliyyatın uğurla keçdiyi və 71 yaşlı müğənninin indi həkimlərin nəzarəti altında olduğu bildirilir.

Milli.Az