Ekspertdən şok: Rusiya qırıcısı qəsdən dronla toqquşub!

15 Mart 2023 08:49

Rusiyanın Su-27 qırıcısının ABŞ-ın kəşfiyyatçı "İHA MQ-9 Reaper" dronu ilə toqquşması rusların planlaşdırılmış təxribat hərəkətidir. Bu, ABŞ dronunun qəsdən məhv edilməsi idi.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu ukraynalı hərbi-siyasi ekspert Aleksandr Kovalenko bildirib.

Ekspert Rusiya hərbçilərinin məhvedici silahlardan istifadə etmədən təxribatlarda zəngin təcrübəyə malik olduğunu qeyd edib:

"Hətta sovet dövründə də təyyarə və gəmilərin rəqiblərə qarşı təxribat xarakterli və təhlükəli hərəkətləri tətbiq olunurdu".

O xatırladıb ki, ruslar bir neçə dəfə təhlükəli aviasiya uçuşu həyata keçirib və ya ərazi və neytral sulardan bir gəmini sıxışdırıb çıxarıblar:

"SSRİ-də, eləcə də Rusiyada silah istifadə edilmədən belə təxribatlar nadir hal deyil və hətta təsir elementi idi".

Qeyd edək ki, ötən gün Rusiyaya məxsus Su-27 qırıcısı Qara dəniz üzərində ABŞ-ın MQ-9 pilotsuz uçuş apartına (PUA) çırpılıb.

Milli.Az