Polis Baş nazirə xəbərdarlıq etdi

15 Mart 2023 08:24

Böyük Britaniyanın Baş naziri Rişi Sunak və ailəsinə "Hayd Park"da iti xaltasız gəzdirdiklərinə görə polis tərəfindən xəbərdarlıq edilib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, London Böyükşəhər Polisi həmin anın görüntülərinin Tiktokda yayılmasından sonra açıqlama yayıb:

"Orada olan bir polis məmuru bir qadınla danışaraq qaydaları xatırlatdı. Xaltanı yenidən itə bağladılar".

Qeyd edək ki, Sunak daha əvvəl sosial media hesabları üçün çəkilmiş videoda hərəkətdə olan avtomobildə təhlükəsizlik kəməri taxmadan sürdüyü üçün cəzalandırılmışdı.

Milli.Az