Bakıda yol qəzasında ər-arvad yaralanıb

15 Mart 2023 07:49

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Milli.Az "report"a istinadən bildirir ki, iki avtomobilin toqquşması nəticəsində 1982-ci il təvəllüdlü Nəsibov Anar Qurban oğlu və onun həyat yoldaşı 1989-cu il təvəllüdlü Nəsibova Aysel Zahid qızı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az