Minik maşını yük avtomobili ilə toqquşub, 5 nəfər xəsarət alıb - FOTO

15 Mart 2023 07:43

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan minik maşını ilə yük avtomobili toqquşub.

Qəza zamanı 5 nəfərin xəsarət aldığı bildirilir.

Şəmkirdə baş verən yol-nəqliyyat hadisəsi zaman xəsarət alanların adları bəlli olub.

Yaralanan 4 nəfərin adı aşağıdakı kimidir:

Əhmədova Pakirə (1998);

Hüseynova Səidə (1970);

Arzu Həsənov (1972);

Ayşən Əhmədova (1996).

Digər bir nəfərin adı hələlik məlum deyil.

Milli.Az