Avtomobil piyadanı vuraraq öldürüb

15 Mart 2023 07:22

Sabirabadda yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Cavad kəndində qeydə alınıb.

"VAZ 2106" markalı avtomobil Həsənalı kənd sakini, 1949-cu il təvəllüdlü Mirzəyev Səftəri vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az