Yanğın olub, 3 polis tüstüdən zəhərlənib - FOTO

15 Mart 2023 07:14

Naxçıvan şəhərində yanğın baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, şəhərin Nəcməddin Naxçıvani küçəsində olub.

Hadisə yerinə Naxçıvan Muxtar Respublika Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə xidmətinin, eyni zamanda Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb edilib.

Yanğın zamanı 3 polis əməkdaşı zəhərlənib, vəziyyətləri sabitdir.

Artıq yanğın tam olaraq söndürülüb, soyutma işləri aparılır.

Hadisənin qarşısını almaq üçün 5 yanğınsöndürən maşın cəlb edilib.

Yanğın yaxınlıqdakı evlərə də keçib.

İlkin araşdırmalara görə, yanğına səbəb qısaqapanma olub.

Milli.Az