Bəşər Əsəd Rusiyaya səfər edib: sabah Putinlə görüşəcək - FOTO

14 Mart 2023 22:45

Rusiya Prezidenti Vladimir Putin martın 15-də Moskvada Suriya prezidenti Bəşər Əsədlə danışıqlar aparacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Putin-Əsəd görüşündə müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq, eləcə də Suriyadakı vəziyyətin həlli perspektivləri müzakirə olunacaq.

Qeyd edək ki, Suriya liderinin ofisinin "Telegram" kanalı Əsədin artıq Moskvaya səfər etdiyi barədə məlumat yayıb.

Milli.Az