İlham Əliyev: Almaniya ilə Azərbaycan arasında əlaqələr çox yüksək səviyyədədir

14 Mart 2023 17:22

Səfər zamanı apardığımız danışıqlar bir daha onu göstərir ki, Almaniya ilə Azərbaycan arasında əlaqələr yüksək səviyyədədir, siyasi dialoq müntəzəm olaraq aparılır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 14-də Berlində Almaniya Kansleri Olat Şolts ilə mətbuata bəyanatında söyləyib.

"Əminəm ki, mənim səfərim bizim ikitərəfli münasibətlərimizə çox böyük töhfə verəcəkdir", - deyə dövlətimizin başçısı vurğulayıb.

Milli.Az