Azərbaycan bi̇ri̇nci̇li̇yi̇ və Bakı çempi̇onatına start verilib - FOTO

14 Mart 2023 15:32

14-16 mart tarixlərində Milli Gimnastika Arenasında ki̇şi̇ i̇dman gi̇mnasti̇kası və akrobati̇ka gi̇mnasti̇kası üzrə 28-ci̇, qadın i̇dman gi̇mnasti̇kası üzrə 7-ci̇ Azərbaycan bi̇ri̇nci̇li̇yi̇ və Bakı çempi̇onatına start verilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha sonra "Ocaq Sport" Klubu, "Neftçi" İdman klubu, Bakı Gimnastika Məktəbi, "Qarabağ" İdman Klubu (Bərdə), 13 nörməli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirmələrinin iştirak etdiyi yarışlar başlayıb.

Kişi idman gimnastikasının nümayəndələri yarışlarda kiçiklər (2016-cı il təvəllüdlü), balacalar (2014-2015-ci il təvəllüdlü), uşaqlar (2012-2013-cü il təvəllüdlü), yeniyetmələr (2010-2011-ci il təvəllüdlü), gənclər (2008-2009-ci il təvəllüdlü və 2006-2007-ci il təvəllüdlü) və böyüklər (2005-ci il təvəllüdlü və daha böyük) yaş kateqoriyasında yarışlarda çıxış edəcəklər.

Qadın idman gimnastikasının nümayəndələri uşaqlar (2013-2014-cü il təvəllüdlü), yeniyetmələr (2011-2012-ci il təvəllüdlü) və gənclər (2008-2010-ci il təvəllüdlü) yaş kateqoriyasında medallar uğrunda mübarizə aparacaqlar.

Yarışlarda akrobatika gimnastikası üzrə idmançılar balacalar (2008-2017-ci il təvəllüdlü), uşaqlar (2007-2012-c il təvəllüdlü), yeniyetmələr (2005-2012-ci il təvəllüdlü), gənclər (2004-2010-cu il təvəllüdlü) və böyüklər (2008-ci il təvəllüdlü və daha böyük) yaş kateqoriyasında qadın və kişi cütlükləri, qarışıq cütlüklər, qadın və kişi qrupları proqramında çıxış edəcəklər.

Yarışlar Milli Gimnastika Arenasında 14-16 mart tarixləri arasında keçiriləcək.

Milli.Az