Ağ düyünün FAYDALARI

18 Mart 2023 19:22

Düyü zəngin karbohidrat mənbəyidir.

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, ağ düyü vaxtaşırı qida rasionuna daxil edilməlidir, çünki bir sıra faydalı xüsusiyyətlərə malikdir.

Dietoloq Loren Manakerin dediyinə görə, məhsulun tərkibində sümük sağlamlığı üçün çox faydalı olan manqan var. O, həmçinin orqanizm üçün "yanacaq" sayılan çoxlu miqdarda karbohidratların mənbəyidir. Tez-tez düyü istehlakı enerjini bərpa etməyə kömək edir, letargiyanı azaldır.

Bundan əlavə, ağ düyünün bir çox sortları B vitaminləri ilə zənginləşdirilmişdir ki, bu da bədəndəki enerjinin lazımi səviyyədə olmasına məsuldur.

Bununla belə, metabolik sindromla - piylənmə ilə əlaqəli metabolik pozğunluqla qarşılaşmamaq üçün ondan sui-istifadə etməməlisiniz.

Milli.Az