Uşağın oyuncağına kamera yerləşdirən valideyn şok oldu

18 Mart 2023 08:44

Hadisə Fransada baş verib.

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, valideynlər 3 yaşlı qızın birdən-birə dəyişdiyini görərək onun sevimli ayısına kamera yerləşdiriblər.

3 gün sonra kameradakı videolara baxdıqda hər şey məlum olub. Sən demə, uşağın küskünlüyünə və söyüş söyməsinə dayə səbəb olub. O, uşağı çarpayıya atıb, söyüb və təhqir edib. Etik məsələyə görə bu söyüşləri verə bilmirik. 

Valideynlərin şikayəti əsasında polis təhqiqata başlayıb.   

Milli.Az