Paşinyan: Bakı İrəvanın sülh müqaviləsi ilə bağlı təklifinə cavab verib

14 Mart 2023 12:36

Bakı sülh müqaviləsinin mətni ilə bağlı İrəvanın fevral ayının ortalarında göndərdiyi təklifə bir neçə gün əvvəl cavab verib.

Milli.Az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.

"2-3 gün əvvəl biz Azərbaycandan cavab aldıq. İrəliləyiş varmı? Qeyd etməliyəm ki, müəyyən irəliləyiş görürük", - Baş nazir deyib. 

Bununla belə, Paşinyan danışıqlarda irəlilədikcə, daha çox fundamental problemlərin ortaya çıxdığını deyib.

Milli.Az