Sallivan: Çinin Rusiyaya silah verməsi böyük səhv olar

14 Mart 2023 07:38

ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan brifinq zamanı deyib ki, Ukraynadakı müharibədə istifadə üçün Rusiyaya silah verilməsi Çin üçün səhv olardı.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Şəxsən əvvəl dediyim kimi, Çinin bunu etməsinin böyük səhv olacağına inanırıq" Sallivan deyib.

Milli.Az