Qonaq qəbul etməyin incəlikləri - ƏSAS QAYDALAR

18 Mart 2023 07:05

Evinizə qonaq gələn zaman əliniz ayağınıza dolaşır? Təlaşa ehtiyac yoxdur! 

Milli.Az olay-a istinadən ev sahibi olaraq qonaqlarınızı ən yaxşı şəkildə qarşılamaq üçün sizə lazım olan məsləhətləri təqdim edir:

Qarşılama

Yeməkdən və təqdimatdan əvvəl qonaqlarınızı necə qarşıladığınıza diqqət edək. Səmimi və mehriban qarşılanma qonaqlarınızı rahat hiss etdirəcək. Sevdikləriniz evinizə atdıqları ilk addımdan dinc və isti bir atmosferə girdiklərini biləcəklər.

Porsiyaları artırmayın

Qonaqlarınızın boşqablarını ağzına kimi dolduraraq daha yaxşı ev sahibi olacağınız fikrinə aldanmayın. Onlar sizi razı salmaq üçün boşqabını bitirəcək, ancaq israrınız bir nöqtədə həm də narahat edəcək.

Qəzalar ola bilər

Qonağınızın körpəsi bir stəkan içkini dağıda bilər və ya sizə kömək edərkən boşqabı sındıra bilərlər. Buna görə bir az kədərlənə bilərsiniz, amma bunun üzünüzə əks olunmasına imkan verməyin. Unutmayın ki, siz gecənin qəhrəmanısınız. Münasibətiniz hər kəsin enerjisini müəyyən edir.

Televizoru söndürün

Qonaqlarınızla söhbət edərkən fonda yalnız musiqi oxuya bilər. Unutmayın ki, hər kəs öz evində televizora baxa bilər.

Yemək dəsti

Bişirdiyiniz yeməyə uyğun olaraq sadə və ya parlaq şam yeməyi dəsti seçə bilərsiniz. Süfrəyə şam və ya canlı çiçəklərlə rəng qata bilərsiniz. Səmimi dostlarınız üçün hazırlanmış süfrədə həddindən artıq parlaq yemək dəstindən istifadə etməyin. Daha rəsmi dəvətlər üçün möhtəşəm masaya üstünlük verin.

Evin qoxusu

Evin qoxusu onun sahibi haqqında çox şey deyir. Yemək qoxularını aradan qaldırmaq üçün mənzilinizi havalandırın, sonra hava təravətləndiricisindən istifadə edin.

Anı yaşayın

Mükəmməl təqdim etmiş və ləzzətli yeməklər hazırlamış ola bilərsiniz, lakin unutmayın ki, tək işiniz qonaqlarınıza xidmət etmək deyil. Söhbətlərə qoşulmağa, şərh verməyə və anda qalmağa çalışın. Sosial şəbəkələrə və ya iş telefonlarına baxmaq xoş deyil.

Yola salmaq

Sevdiklərinizlə gözəl bir gecə keçirdiniz, yeyib-içib, əyləndiniz... Bağlanışı da bu cür gözəl bitirsəniz, qonaqlarınız evdən çıxanda yenidən gəlməyə can atacaqlar. Onları kiçik hədiyyələrlə yola sala bilərsiniz. Məsələn, bəyəndikləri yeməyi saxlama qabında qonaqlar gedərkən onlara evə aparmaları üçün təqdim edə bilərsiniz.

Milli.Az