Qarının böyüməsinin kökəlməklə əlaqəsi yoxdur - Diyetoloq

16 Mart 2023 22:06

Arıqlamaq istəyi insanları pis vərdişlərdən qurtulmağa, iştaha açan yağlı və qızardılmış qidaları diyetdən çıxarmağa, şirniyyatlardan imtina etməyə, həmçinin pəhriz saxlamağa məcbur edir. Bununla belə, həkimlər diqqətli olmağı məsləhət görürlər.

Milli.Az "Medicina"-ya istinadən xəbər verir ki, dietoloq Liza Afinskayanın sözlərinə görə, insan orqanizmi fruktozanı udmaqda çətinlik çəkir. Əgər onun miqdarı nazik bağırsağın funksional imkanlarından artıqdırsa, o zaman şişkinlik baş verir.
Mədənin xoşagəlməz deformasiyasının tətikçisi fruktozadır. Bu daha çox alma, armud, albalı, manqo və xurmada olur. Eləcə də qarpız, qovun, üzüm, nar və papayada.

Bununla belə, bir kompromis variant da var. Fruktoza qlükoza ilə tarazlıqda olan meyvələr var. Meyvə pəhrizini sevənlər portağal, naringi, avokado, kivi, albalı, ananas, qaragilə və banana üstünlük verməlidir.

Bu, digər meyvələrdən tamamilə imtina etməyiniz lazım olduğunu ifadə etmir. Sadəcə, onların istifadəsində miqdara riayət etmək lazımdır. Məsələn, bir neçə alma və bir ovuc albalı yemək kifayətdir. Ancaq bir oturuşda deyil, gün ərzində az-az qəbul edilməlidir.

Milli.Az