Afrikada vəba yayılır - 68 min yoluxma

16 Mart 2023 21:36

Afrika qitəsinə daxil 11 ölkədə vəba epidemiyası sürətlə yayılır.

Milli.Az "Medicina"ya istinadən xəbər verir ki, BMT- Şərqi və Cənubi Afrikadakı regional ofisinin rəhbərinin müavini Lieke van de Vil xəbərdarlıq edib.

Son 13 ayda 68 000 yoluxma və 1 800 ölüm qeydə alınıb. Bununla belə, bir çox hallar barədə məlumat verilmədiyi üçün yoluxanların sayının dəfələrlə artıq olması ehtimalı var.

Lieke van de Vil epidemiyanın sürətlə yayılmasının çirkli su və sanitariya, davam edən münaqişə və zəif səhiyyə sistemləri ilə əlaqəli olduğunu deyib.

Milli.Az