Göz xəstəlikləri ilə bağlı həkimə nə zaman müraciət etmək lazımdır? - CAVAB

16 Mart 2023 07:55

Maraqlıdır, görəsən, göz xəstəlikləri ilə bağlı həkimə nə zaman müraciət etmək lazımdır?

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mütəxəssis eksperti İmran Cərullazadə bildirib ki, göz xəstəlikləri özünü bir neçə simptomplarla biruzə verir.

Onun sözlərinə görə, aşağıdakı simptomlardan hər hansı biri baş verərsə, dərhal həkimə müraciət etməlisiniz:

"Periferik və ya yan görmə itkisi, işıq mənbəyinə baxdıqda ətrafında rəngli halqaların görülməsi, gözlərin qızarması, göz ağrısı və baş ağrıları, ürəkbulanma və ya qusma olarsa, həkimə müraciət edilməlidir. Onu da qeyd edim ki, xəstəliyinin erkən mərhələdə aşkar edilməsi, eyni zamanda görmə qabiliyyətini qorumaq üçün ildə bir dəfə profilaktik oftalmoloji müayinədən keçmək tövsiyə olunur".

Milli.Az