Samir Salam saxlanıldı

13 Mart 2023 15:47

Tanınmış ilahiyyatçı, məddah Samir Salam da Azərbaycanda İranın casus şəbəkələrinin ifşası istiqamətində həyata keçirilən əməliyyatlar zamanı saxlanılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, saxlanılanlar arasında daha bir neçə tanınmış ilahiyyatçı da var.

Qeyd edək ki, Azərbaycanda İranın casus şəbəkələrinin ifşası istiqamətində əməliyyatlar davam etdirilir.

Hüquq-mühafizə orqanlarının ötən gün keçirdikləri əməliyyat nəticəsində İranın xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilməkdə şübhəli bilinən bir qrup şəxs saxlanılıb.

Milli.Az