Azərbaycanda gənc oğlanı şəkilləri ilə şantaj etdilər

13 Mart 2023 18:51

Azərbaycanda gənc oğlan şantaj edilib. 

Milli.Az xəbər verir ki, lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Abşeron rayonu, Mehdiabad qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini R.A. polisə müraciət edərək sosial şəbəkədə tanış olduğu oğlan tərəfindən şantaj olunduğunu bildirib.

C.M. adlı şəxs R.A.nı şəkilləri ilə şantaj edərək onun pulunu mənimsəyib.

Daxil olan şikayət əsasında Abşeron polisində araşdırmalara başlanılıb.

Milli.Az