Arda Turan zəlzələdən əziyyət çəkən uşaqlarla futbol oynadı - VİDEO

13 Mart 2023 20:08

Türkiyə millisinin sabiq ulduz futbolçusu Arda Turan zəlzələ baş vermiş bölgələrdən olan Marmarisə yollanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, burada təbii fəlakətdən əziyyət çəkən uşaqlarla görüşüb.

"Qalatasaray"ın əfsanələrindən olan A.Turan uşaqlarla birlikdə dostluq matçı oynayıb.

Onun bu görüntüləri sosial şəbəkələrdə marağa səbəb olub.

Milli.Az