Şarjda olarkən telefondan istifadənin TƏHLÜKƏLƏRİ

21 Mart 2023 23:01

Mütəxəssislər telefon şarjda olarkən ondan istifadə etməməyi məsləhət görür.

Milli.Az lent.az-a istinadən bildirir ki, mobil cihaz enerji yığarkən qızır. Bu zaman onu işlətmək smartfondakı istiliyi daha da artırır. Nəticədə batareya sıradan çıxa bilər. Hətta telefonun əlinizdə partlamaq ehtimalı da var. 

Həmçinin, telefon enerji yığarkən istifadə edilməsi sürətinin azaldılmasına da gətirib çıxarır. 

Qeyd edək ki, mobil cihazlarda yavaşlama görürsünüzsə, keşi tez-tez təmizləyin. Çünki telefonun cavab vermə qabiliyyəti birbaşa yaddaşdan asılıdır. 

Milli.Az