Ermənistan XİN-in mətbuat katibi istefa verdi

13 Mart 2023 17:47

Ermənistanın XİN-in mətbuat katibi Vahan Unanyan istefa verib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Unanyan bu barədə məlumatı öz feysbuk hesabında paylaşıb.

Onun sözlərinə görə, vəzifəsini öz istəyi əsasında tərk edib. 

Unanyan, həmçinin qeyd edib ki, XİN-də işləməyə davam edəcək.

Onu bu vəzifədə Ani Badalyanın əvəz edəcəyi bildirilir.

Milli.Az