Dibi yapışmayan, üstü qopmayan, çox ləzzətli PAXLAVA - Belə hazırlayın - VİDEO

17 Mart 2023 21:11

Milli.Az lent.az-a istinadən növbəti resepti təqdim edir. 

Bu gün sizə bayram süfrənizin bəzəyi olan qapağı qopmayan, dibi yapışmayan, vərəq-vərəq qatları olan, üzəri parıltılı paxlavanın hazırlanma qaydasından danışacağıq. Sosial şəbəkələrdə "Ağababa Ağababa" adı ilə tanınan səhifəyə istinadən milli mətbəximizin əvəzedilməz, çox ləzzətli paxlava reseptini sizinlə bölüşürük. 

Lazım olan ərzaqlar:

Xəmiri üçün:

800 qram un 

350 qram tena  kərə yağı

125 ml atena südü (200 ml-lik stəkanla ½ stəkan)

180 qram atena xaması

2 ədəd yumurta

1 çimdik duz

1 çay qaşığı şəkər tozu

5 qram yaş maya (1 iri qabıqlı fındıq böyüklükdə. Əgər maya qurudursa çay qaşığının ucunda)

İçlik üçün:

600 qram qoz ləpəsi

500 qram toz  şəkər

1 silə çay qaşığı hil

Araları üçün:

400 qram atena kərə yağı

Şərbəti üçün:

2 stəkan toz şəkər (200 ml-lik stəkanla 2 stəkan)

1 stəkan su

1 xörək qaşığl bal

1 xörək qaşığı limon şirəsi

5-6 tel dəmlənmiş zəfəran

Xəmiri 14 kündəyə ayırırıq

Böyük kündələr 180 qram, kiçik kündələr 100 qram.

170 dərəcəli sobada 1 saat 15 dəqiqəyə bişirməlisiniz. 

Hazırlanma qaydasını videoda izləyə bilərsiniz. 

Nuş olsun!

Milli.Az