Qatar yük maşınını vurub

13 Mart 2023 08:59

Şəkidə qatar yük maşınını vurub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə səhər saatlarında Yevlax-Balakən dəmiryol xəttinin Şəki rayonu Cəyirli kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan qatar Şəki rayonu Qaraqoyunlu kənd sakini, 1965-ci il təvəllüdlü Zəkəriyyə Məhərrəm oğlu Məmmədovun idarə etdiyi "Qazel" markalı xırdatutumlu yük maşınını vurub.

Qəza zamanı sürücü Z. Məmmədovun yüngül xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az