85 yaşlı kişi yanaraq ölüb

13 Mart 2023 08:52

Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində ahıl kişi yanaraq ölüb.

Milli.Az "report"a istinadən bildirir ki, 1938-ci il təvəllüdlü Zamanov Kamal Namik oğlu yaşadığı evdə istilik sobasının üstünə yıxılıb, nəticədə yanıq xəsarətləri alaraq ölüb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az