Bakıda 22 yaşlı gənc yol qəzasında xəsarət alıb

13 Mart 2023 08:39

Bakının Nizami rayonunda 22 yaşlı gəncin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "report"a istinadən bildirir ki, 2001-ci il təvəllüdlü Davud Yunusun idarə etdiyi motosiklet avtomobillə toqquşub. Xəsarət alan gənc sürücü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az