Bakıda avtomobil piyadanı vurub

13 Mart 2023 07:55

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, avtoqəza Təbriz küçəsində baş verib.

1979-cu il təvəllüdlü Şahsevənov Seymur Barat oğlu yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçmək istəyib.

Bu zaman onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Milli.Az