“Qərb cəbhəsində sakitlikdir” filmi “ən yaxşı xarici film” adına layiq görülüb

13 Mart 2023 07:32

Alman rejissoru Edvard Berqerin "Qərb cəbhəsində sakitlikdir" (Im Westen nichts Neues, 2022) filmi "Ən yaxşı xarici film" nominasiyasında "Oskar" mükafatını qazandı.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə 95-ci Amerika Kino Sənətləri və Elmləri Akademiyasının mükafatlandırma mərasimində bildirilib.

Almaniya-ABŞ-Böyük Britaniya birgə istehsalı olan film Erix Mariya Remarkın (1898-1970) eyni adlı anti-müharibə romanı əsasında çəkilib, burada o, Birinci Dünya Müharibəsinin dəhşətlərini 19 yaşlı Paul Boymerin nöqteyi-nəzərindən təsvir edir. Film həm də ən yaxşı operator işinə görə "Oskar" qazanıb.

Milli.Az