Səfir Azərbaycan toyunda iştirak etdi

13 Mart 2023 06:12

Fransanın Azərbaycandakı səfiri Ann Buayon ölkəmizdə dəvət olunduğu toy məclisindəki qonaqpərvərliyə görə mərasimin təşkilatçılarına təşəkkür edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, səfir bu barədə Tvitter səhifəsində yazıb.

"Mən ilk dəfə Fransa və Azərbaycan vətəndaşlarının toyuna dəvət olundum. Yeni evlənənləri təbrik edirəm. Xoşbəxt olun!

Gəlinin ailəsinə qonaqpərvərliyə görə təşəkkür edirəm", - diplomat bildirib.

Milli.Az