"Ən yaxşı ikinci plan aktyoru" o oldu

13 Mart 2023 07:07

Ke Hyui Kuan "Ən yaxşı ikinci plan aktyoru" nominasiyasında "Hər yerdə hər şey və bir anda" (Everything Everywhere All at Once, 2021) filmindəki roluna görə "Oskar" mükafatını qazandı.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə 95-ci Amerika Kino Sənətləri və Elmləri Akademiyasının mükafatlandırma mərasimində bildirilib.

Den Kvan və Deniel Şaynertin "Hər yerdə hər şey və bir anda" filmi paralel kainatlarda bir qadının şərlə mübarizəsindən bəhs edir. Film absurd komediyasının elementlərini, elmi fantastika, döyüş sənəti hərəkəti, fantaziya və cizgi filmini özündə birləşdirir.

Milli.Az