Şimali Koreya raket buraxılışı həyata keçirib

13 Mart 2023 07:04

Şimali Koreya hakimiyyəti sinaq raket buraxılışı həyata keçiriblər.

Trend-in məlumatına görə, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya ordusuna istinadən xəbər verib.

Məlumata əsasən, raket Şimali Koreyanın şərq sahilində yerləşən Sinpo şəhəri yaxınlığında buraxılıb.

Atılan raketin növü hələ müəyyən edilməyib.

Agentlik xatırladıb ki, sınaq buraxılışı ABŞ və Cənubi Koreyanın "Freedom Shield" adlı birgə hərbi təlimləri ərəfəsində baş tutub.

Milli.Az