"Qilyermo del Toronun Pinokkiosu" cizgi filmi "Oskar"-ı qazanıb

13 Mart 2023 07:00

"Qilyermo del Toronun Pinokkiosu" (2022) filmi "Ən yaxşı cizgi filmi" nominasiyasında "Oskar" mükafatını qazanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə 95-ci Amerika Kino Sənətləri və Elmləri Akademiyasının mükafatlandırma mərasimində bildirilib.

İtalyan yazıçısı Karlo Kollodinin "Pinokkionun sərgüzəştləri" nağılı əsasında çəkilmiş cizgi filmində əsl oğlana çevrilən taxta kukladan bəhs edilir.

Bundan əvvəl "Oskar" mükafatlı Qilyermo del Toronun rejissorluğu ilə çəkilmiş cizgi filmi "Qızıl Qlobus" mükafatına layiq görülüb.

Milli.Az