Təbrizdə güclü partlayış: 7 nəfər öldü

12 Mart 2023 21:41

Martın 12-də gecə 3 radələrində İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərində yaşayış binasında güclü partlayış olub.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, hadisədə 5 nəfər ölüb, 4 nəfər yaralanıb.

Bildirilib ki, partlayış 100 evə təsir edib. Şərqi Azərbaycanın Fövqəladə Hallar İdarəsinin rəhbəri Məhəmməd Xanbərar olayda 3 yaşayış evinin tamamilə dağıldığını açıqlayıb.

Xanbərar partlayışın səbəbi haqqında açıqlama verməyib.

Əraziyə çoxlu sayda xilasedici göndərilib.

Qeyd edək ki, partlayışın baş verdiyi ərazidə SEPAH-a bağlı "Aşuranın 31-ci korpusu"nun yerləşdiyi bildirilir.

Milli.Az