Yəmən hökuməti və Husi üsyançıları arasında danışıqlar başlayıb.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, danışıqlar İsveçrədə keçirilir.
BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq və Beynəlxalq Qırmızı Xaç Komitəsi münaqişə tərəfləri arasında vasitəçi kimi çıxış edirlər.
Qeyd edək ki, danışıqlar 2018-ci ildə bağlanmış saziş üzrə davam edir. Daha sonra münaqişə tərəfləri heç bir şərt olmadan bütün məhbusları azad etməyə razılaşıblar.
Milli.Az