Bakıda konsertdə oğlan sevgilisinə evlilik təklifi etdi - VİDEO

12 Mart 2023 18:45

Reper ProMetenin konsertində maraqlı hadisə yaşanıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, gənc oğlan səhnəyə çıxaraq sevgilisinə sürpriz edib. O bildirib ki, sevgilisinin ad günüdür.

Gənc Nərmin adlı xanımı səhnəyə çağırıb. O, cibindən üzük çıxararaq sevgilisinin qarşısında diz çökərək ona evlilik təklifi edib.

Milli.Az