“Məni amerikan xanımlarına oxşadırlar”

12 Mart 2023 18:32

Müğənni Nigar Camal xarici görünüşünə görə dünya ulduzu Cennifer Lopezə bənzədilməsindən danışıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi bu haqda "MTV maqazin"ə müsahibəsində deyib.

İfaçı bildirib ki, onu xaricdə argentinalı qadınlara bənzədirlər:

"Sadəcə, bəlkə, amerikan xanımlara bənzəyirəm, ona görə oxşadırlar. İngiltərədə hərdən soruşurlar ki, braziliyalısan, ya argentinalı?... Həmişə özümə qulluq etmişəm. 20 yaşımda da, 30-da da, indi də. Üzümdə estetik yoxdur. Lazım olanda yəqin ki, edərik".

Milli.Az