"Heydər Əliyev səlahiyyət müddətinə düşən bütün vəzifələri yerinə yetirdi"

12 Mart 2023 17:08

Azərbaycan xalqının bəxti gətirib ki, çətin bir zamanda məhz Heydər Əliyev onun lideri olub: "O, ən çətin vaxtlarda bütün məsələlərdə tarazlığı qoruyub saxlaya bilib".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi "Heydər Əliyev 100: Həyatı və irsi" konfransında deyib.

V.Yuşşenko bildirib ki, o, Heydər Əliyevi zəhmətkeş insan kimi xatırlayır. Onun sözlərinə görə, ümummilli lider Azərbaycanın çətin iqtisadi durumda olduğu vaxtlarda başqa ölkələrlə iqtisadi əlaqələr qurmağa nail olub.

V.Yuşşenko sonda qeyd etdi ki, SSRİ-nin süqutundan sonra bütün ölkələr fərdi problemlərlə üzləşdi və Heydər Əliyev Azərbaycanda yaranan problemləri həll edə bildi.

Milli.Az