Ruhları çağıran 28 məktəbli qız xəstəxanalıq oldu

12 Mart 2023 12:12

Kolumbiyada 28 məktəbli qız təhsil müəssisəsi daxilində  ruhları çağıran xüsusi mərasimdə iştirakdan sonra xəstəxanaya yerləşdirilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, onların panik atak yaşadıqları bildirilib.

Hadisənin baş verdiyi Qalerasdakı məktəbin rəhbəri Huqo Torres qızlardan bəzilərinin huşunu itirdiyini bildirib.

Valideynlər və məktəb müəllimləri zərərçəkənləri şəhər xəstəxanasına çatdırıblar.

Milli.Az